Alimlər itlərdə allergiyaya səbəb olan geni dəyişdilər

Dünən, 16:44           
Alimlər itlərdə allergiyaya səbəb olan geni dəyişdilər
ABŞ-də alimlər gen redaktəsi texnologiyasından istifadə edərək əsas it allergenini istehsal etməyən iki beql yaradıblar.

"The Guardian" qəzeti xəbər verir ki, "Kindred Companion Sciences" şirkətinin tədqiqatçıları CRISPR texnologiyasından istifadə edərək itlərdə əsas allergen hesab olunan Can f 1 zülalının yaranmasına cavabdeh geni dəyişdiriblər.

Alimlərin məlumatına görə, genetik dəyişiklik tətbiq olunan heyvanlarda bu zülal istehsal olunmur. Şirkətin rəhbəri və genetik Mett Uoker bildirib ki, özü də itlərə qarşı allergiyadan əziyyət çəkib və bir ildən çoxdur ki, bu itlərdən biri ilə yaşayır, lakin onda allergik reaksiya müşahidə edilməyib.

Mütəxəssislər isə bildirirlər ki, yeni üsul allergiyanı tamamilə aradan qaldırmaya bilər. Çünki bəzi insanlar yalnız Can f 1 zülalına deyil, digər it allergenlərinə də reaksiya verirlər.

Şirkət qeyd edib ki, texnologiyanın kommersiya məqsədilə istifadəsinə başlanmasına hələ vaxt var. Alimlər yaradılan beqllərin sağlamlığını və inkişafını uzun müddət ərzində izləyəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru