Merkel Putin haqqında gizli məlumatları ingilislərə ötürdü

24-12-2015, 13:47           
Merkel Putin haqqında gizli məlumatları ingilislərə ötürdü
Almaniya kansleri Angela Merkel Böyük Britaniyaya səfəri zamanı bu ölkənin xüsusi xidmət orqanlarına Rusiya haqqında məlumatlar ötürüb.

Bu barədə AzVision.az “The Times”-a istinadən xəbər verir.

Merkelin “MI5” (əks-kəşfiyyat) rəhbəri Endryu Parker, “MI6” (kəşfiyyat) rəhbəri Aleks Yanqer və radio-elektron kəşfiyyat idarəsinin rəhbəri Robert Hanniqanla gizli görüşü bu ilin oktyabr ayında baş tutub.

Nəşr vurğulayır ki, Böyük Britaniya hökumət rəhbərinin şəhərkənar iqamətgahında xüsusi xidmət orqanları İŞİD terror təşkilati tərəfindən yaradıla biləcək təhlükələr barədə Merkeli məlumatlandırıb. Buna cavab olaraq, Merkel ingilislərə Rusiya prezidenti Vladimir Putin, Ukraynadakı qeyri sabitlik və Krımdakı vəziyyət haqqında hesabat təqdim edib. Görüş baş nazir Devid Kemeronun iştirakı ilə keçirilib.

Böyük Britaniya baş nazirinin dəftərxanasından olan mənbənin sözlərinə görə, görüşdə Suriya və Rusiya məsələsi geniş müzakirə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru