"WhatsApp" "Meta" AI söhbətləri üçün gizli rejimi aktivləşdirdi

Bu gün, 15:18           
"WhatsApp" "Meta" AI söhbətləri üçün gizli rejimi aktivləşdirdi
"WhatsApp" "Meta" AI ilə yazışmalar üçün yeni “gizli rejim” funksiyasını istifadəyə verib.

Valyuta.az xəbər verir ki, yeni funksiya istifadəçilərə "Meta" AI ilə olan söhbətləri daha məxfi idarə etməyə imkan yaradır.

Gizli rejim aktiv olduqda "Meta" AI ilə yazışmalar adi çatlardan ayrılır, axtarış və tövsiyə sistemlərində görünmür, həmçinin müəyyən müddətdən sonra avtomatik silinir.

Şirkət bildirib ki, funksiyada uçtan-uça şifrələmə qorunur. Bununla yanaşı, bəzi məlumatlar xidmətin inkişafı üçün anonim şəkildə analiz oluna bilər.

Qeyd edək ki, WhatsApp son dövrdə "Meta" AI funksiyalarını platformaya daha geniş inteqrasiya edir. Yeni gizli rejim funksiyası isə məxfiliklə bağlı narahatlıqları azaltmağa yönəlmiş addım kimi qiymətləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru