İren (İrina) Əbdülrza qızı Azər, karyerası 1970-1980-ci illəri əhatə edən sovet aktrisası.
Bu gün, 11:54

İren (İrina) Əbdülrza qızı Azər, karyerası 1970-1980-ci illəri əhatə edən sovet aktrisası. O, soyadını azərbaycanlı atalığı Əbdülrza Azərdən götürmüşdü.
Əbdülrza Azər 1905-ci ildə Məşhəddə anadan olub. İren sonralar onun haqqında belə məlumat verir: “Mən Rzanı öz atam hesab edirəm. O, nəsildən-nəslə həkim olmuş adlı-sanlı bir ailədən çıxmışdı, Fransada təhsil almış, orada zabit məktəbini, daha sonra isə Sorbonne Universitetini bitirmişdi”
Hərbçi olan Azər eyni zamanda gizli fəaliyyət göstərən kommunist Tudə partiyasının üzvü idi. Daha sonra Azərbaycan Demokrat Firqəsinin üzvü, 1945-ci ildə yaradılan Azərbaycan Milli Hökumətinin hərbi qüvvələrinin - Qızılbaş Xalq Ordusunun generalı olub. Hökumətin süqutundan sonra Şimali Azərbaycana mühacirət edib. Bir müddət Bakıda yaşayıb, “Şahnamə”ni rus dilinə tərcümə edib, elmlər doktoru olub. Daha sonra Moskvaya köçüb, Şərqşünaslıq institutunda dərs deyib. Məhəmməd Rza şah Pəhləvi 1972-ci ildə SSRİ-də olarkən İrana qayıtmaq icazəsi alıb və 1983-cü ildə Tehranda vəfat edib.
Əbdülrza Azər Bakıda olarkən Qazaxıstan doğumlu Liliya adlı rus qadınla ailə qurur. Qadının Polşa vətəndaşı olan hərbi pilotla birinci nikahdan 1949-cu ildə doğulan qızı İreni övladlığa götürür. Cütlüyün 1957-ci ildə daha bir qızı olur, adını Deleram qoyurlar.
İren 1968-ci ildə Moskva Kinematoqrafiya institutuna daxil olub. Tələbəlikdən başlayaraq filmlərdə çəkilib. Amma cəlbedici xarici görünüşünə baxmayaraq, əsasən epizodik və ikinci dərəcəli rolları ifa edib. Ümumən 31 filmdə çəkilib. 1991-ci ildə SSRİ-nin dağılması və Rusiyada kino sahəsində tənəzzüllə əlaqədar olaraq aktyorluqdan uzaqlaşıb, xırda bizneslə məşğul olub. Hazırda Kaliforniyada yaşayır, bir qızı, iki nəvəsi var.
Bacısı Deleram Azər isə 2002-ci ildə intihar edib.
"Tarixçi" teleqram kanalı
https://t.me/yadigarsadigli
TEREF

