ABŞ birjası çökdü - VİDEO

18-01-2016, 17:46           
ABŞ birjası çökdü - VİDEO
ABŞ-da səhmlər neft qiymətlərindəki azalma və pərakəndə satışlarda geriləməni göstərən rəqəmin açıqlanmasının ardından kəskin düşüb.

AzVision.az xəbər verir ki, “Dow Jones” (Dou Cons) Sənaye İndeksində azalma 500 bəndi aşıb və 15,866 bəndə enib. `Nasdaq` 2.74, “Standard & Poor”sun 500 indeksi 2.5 faiz itki ilə 1,858.91 bənd olub.

Bundan başqa “Citigroup və Wells Fargo”-nun səhmləri ən azı 3.8 faiz, “Wal-Mart Stores”-in səhmləri 2.1 faiz düşüb.

Dünya birjasında neftin qiymətdən düşməsi davam edir. İranın da bazara girməsindən sonra `qara qızıl`ın qiymətinin daha da enəcəyi ehtimal edilir. Bu gün neft qiymətləri 28 dollara düşüb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru