Rusiya İstintaq Komitəsi: “Nemtsovun qətlinin bir neçə sifarişçisi ola bilər”

19-01-2016, 09:15           
Rusiya İstintaq Komitəsi: “Nemtsovun qətlinin bir neçə sifarişçisi ola bilər”
Tanınmış siyasətçi Boris Nemtsovun qətlinin bir neçə sifarişçisi ola bilər.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsində bildiriblər.

Əvvəl İstintaq Komitəsi Ruslan Muhutdinovu Boris Nemtsovun qətlinin təşkilatçısı və sifarişçisi kimi müəyyən etmişdi. “Cinayət işinə dair materiallarda deyilmir ki, yalnız Ruslan Muhutdinov qətlin sifarişçisidir. Sadəcə qətlin digər sifarişçiləri hələ ki, müəyyən edilməyib”, deyə İstintaq Komitəsində qeyd ediblər.

Bundan əvvəl Boris Nemtsovun qızının vəkili Vadim Proxorov bildirmişdi ki, R. Muhutdinovun cinayətin sifarişçisi elan edilməsi əsl cinayətkarları diqqətdən kənarda saxlayır.

Qeyd edək ki, Rusiyanın müxalifət liderlərindən biri Boris Nemtsov ötən il, fevralın 28-də Moskvada qətlə yetirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru