Ukrayna XİN: Donbasda vəziyyət gərginləşib

19-01-2016, 09:18           
Ukrayna XİN: Donbasda vəziyyət gərginləşib
Ukrayna Donbasda vəziyyətin gərginləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasını məlumatlandırıb.

APA-nın məlumatına görə, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəliyi bəyan edib.

Ukrayna xarici işlər nazirliyi, öz növbəsində, bildirib ki, münaqişə bölgəsində separatçıların Ukrayna Silahlı Qüvvələrinə qarşı təxribatlarının sayı artmaqdadır. Belə ki, yanvarın 17-də Ukrayna ordusunun mövqeləri 48 dəfə, yanvarın 15-16 da isə, müvafiq olaraq, 40 və 36 dəfə atəşə tutulub.

“Ukrayna Rusiyanın Minsk razılaşmalarına məhəl qoymadığını beynəlxalq ictimaiyyətin nəzərinə çatdıraraq bildirir ki, Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı bölgələrində vəziyyətin gərginləşməsində məsuliyyəti rəsmi Moskva daşıyır”, Ukrayna XİN-in mətbuat xidmətinin yaydığı açıqlamada deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]