“Biz Stalin qanunları ilə güllələyirdik” – Rus zabitdən ŞOK ETİRAF

19-01-2016, 13:16           
“Biz Stalin qanunları ilə güllələyirdik” – Rus zabitdən ŞOK ETİRAF
Ukraynanın şərqindəki qondarma “Donetsk Xalq Respublikası”nın keçmiş “müdafiə naziri” İqor Strelkov Slavyanskın işğalı zamanı dörd nəfərin güllələnməsi barədə əmr verib.
Publika.az obozrevatel.com” saytına istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı nəzdində Baş Kəşfiyyat İdarəsinin (QRU) zabiti, Ukraynada diversiya əməliyyatlarına rəhbərlik edən Strelkov bunu “Radio-KP”in efirində etiraf edib.
“Bizdə 1941-ci ildə Stalin tərəfindən qəbul edilmiş hərbi məhkəmə fəaliyyət göstərirdi. Biz qanunvericilik əsasında mühakimə edir və güllələyirdik. Slavyanskda dörd nəfər mənim dövründə güllələnmişdi”, – İqor Strelkov vurğulayıb.
Qeyd edək ki, rus zabit əvvəllər müharibə üçün özünün məsuliyyət daşıdığını bildirib. O, qeyd edib ki, münaqişənin əvvəlində Ukrayna sərhədini keçən dəstəsi Donbasda hərbi əməliyyatların başlanmasına görə günahkardır.
“Müharibənin tətiyini mən çəkdim. Əgər bizim dəstəmiz sərhədi keçməsəydi, nəticədə hər şey Xarkov və Odessada olduğu kimi başa çatardı. Bir neçə on nəfər öldürülə, yandırıla və həbs edilmiş olardı. Biz masadakı bütün kartları qarışdırdıq”, – 2014-cü ilin avqust ayında Donbas hövzəsini tərk edən Strelkov bildirib.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru