Vladimir Putini ən yaxın perspektivdə... – Və son döyüş başlanacaq!

19-01-2016, 23:58           
Vladimir Putini ən yaxın perspektivdə... – Və son döyüş başlanacaq!
“Krım yarımadasının Ukraynanın tərkibinə qaytarılmasının sülh ssenarisi inandırıcı deyil”.

Publika.az xəbər verir ki, bunu Krımın blokadasının koordinatoru və Krım Tatar Məclisinin liderlərindən olan Lenur İslyamov Krım radiosunun efirində deyib.

O, Krımın azad olunmasında sülh ssenarisinə inanmadığını söyləyib. Lenur İslyamov hesab edir ki, Rusiya prezidenti Vladimir Putini ən yaxın perspektivdə hansısa bir “hərbi xunta” əvəz edəcək. Krımın blokadasının koordinatoru qeyd edib ki, “hərbi xunta” son döyüşü təşkil etməyə çalışacaq.

Daha əvvəl Lenur İslyamov deyib ki, Krımın azad edilməsi Rusiyanın dağılmasına gedən yolda əhəmiyyətli addım olacaq.

"Biz Matris kimi Rusiyaya girərək onu dağıdacağıq. Rusiyanın dağılması Krım azad edilməsi ilə olacaq”, - o, deyib.

Qeyd edək ki, tatar fəalı Krımın enerji blokadasının davam etdirilməsini və ərzaq blokadasının genişləndirilməsini təklif edir. Onun sözlərinə görə, Krıma mal aparan gəmilərə kiçik katerlərlə hücumlar təşkil etmək olar. Lenur İslyamov yarımadanın dəniz blokadasını təşkil etmək üçün “maraqlı metodlar”ın çox olduğunu düşünür.

Rusiyada Lenur İslyamova qarşı diversiya fəaliyyətinə görə qiyabi ittiham irəli sürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru