Rusiyada həyəcan: Rubla görə toplantı

22-01-2016, 10:01           

“Rusiyanın mərkəzi bankı rublun konvertləşdirilməsini ləğv etməli və ABŞ dolları və digər əsas valyutalara nisbətdə 40 rubl səviyyəsində kəskin kurs təyin etməlidir”.

Publika.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Federasiya Şurasındakı iqtisadi məsələlər komitəsinin sədr müavini Sergey Kalaşnikov deyib. Onun sözlərinə görə, rublun indiki məzənnəsinin dünyadakı maliyyə prosesləri və ya neftin qiyməti ilə heç bir əlaqəsi yoxdur. Bu, birbaşa bankların möhtəkir oyunu ilə bağlıdır.

Bu arada isə “Bank Rossiya” yanvarın 21-də rublun kəskin düşməsinə görə, bankirlərin fövqəladə iclasını çağırıb. Bankın rəhbəri Elvira Nabiullina beynəlxalq iqtisadi forumda iştirak etmək üçün Davosa səfərini təxirə salmalı olub. O, bu gün foruma qatılmalıydı.

Qeyd edək ki, yabvarın 21-də 1 ABŞ dolları Moskva birjasında 84, hətta qısa müddətə 86 rubl olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]