İran Türkiyə mallarının Rusiyaya ixracına qadağa qoydu

24-01-2016, 02:24           

İranın ticarət naziri Məhəmməd Rza Nemətzadə Türkiyə istehsalı olan malların Rusiyaya reeksport (təkrar ixrac) olunmasına qadağa qoyub.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi xəbərə görə, nazirin açıqlamasında bildirilir ki, müvafiq qərar Türkiyə-Rusiya münasibətlərində yaranmış gərginlik fonunda İran istehsalçılarını mümkün risklərdən qorumaq məqsədi ilə verilib.

“Türkiyə istehsalı olan malların iranlı sahibkarlar tərəfindən reeksport olunması İranın ümumi ixrac qaydalarına ziddir”, deyə nazirin açıqlamasında bildirilir.

Məhəmməd Rza Nemətzadə qeyd edib ki, yerli sahibkarlar İran istehsalı olan malların Rusiyaya ixrac olunması üçün Tehran və Moskva arasındakı yaxşı münasibətlərdən istifadə etməlidirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru