Putindən Türkiyə ilə bağlı mühüm açıqlama

26-01-2016, 00:28           

Türkiyə hakimiyyəti təyyarəmizi vurdu və böyük səhv etdi. Daha sonra müdafiə etdikləri şəxslər də qurudan təyyarəmizə atəş açdı.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Ümumrusiya Xalq Cəbhəsinin konfrasında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyəyə tətbiq edilən sanksiyalar inşaat sektoruna təsir etməyəcək:

“Hazırda 300 türk şirkətinin Rusiya ilə müqaviləsi var. Bunların ümumi dəyəri təxminən 50 milyard dollardır. Bəzi müqavilələri Türkiyə hakimiyyətinə cavab olaraq ləğv etmək barədə qərar verdik. Lakin bu qərardan biz də zərər görə bilərik. Bundan sonra türk şirkətləri ilə yeni razılaşma imzalamayacağıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru