Donuz qripi Şimal sərhədimizdə

27-01-2016, 00:39           
Donuz qripi Şimal sərhədimizdə
Dağıstanda iki ay ərzində “donuz qripi”nə yoluxan şəxslərin sayı 77 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə regional Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, xəstələrdən beş nəfəri pnevmoniyadan keçinib. Ölən şəxslərin peyvənd olunmadığı bildirilir.

“Ümumilikdə 91 yoluxma halı qeydə alınıb, onlardan 77-si A (H1N1), 14-ü isə A (H3N2) virusuna yoluxub”, deyə qurumdan bildirilib.

Məlumata görə, Mahaçqala xəstəxanalarında qripə yoluxmuş 248 xəstə müalicə alır, onlardan 61 nəfəri uşaq olmaqla, 130-da pnevmoniya diaqnozu qoyulub












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru