Qaqauzlar Rusiyaya yaxınlaşır - Stratfor

28-01-2016, 12:42           
Qaqauzlar Rusiyaya yaxınlaşır - Stratfor
Moldovadakı hadisələr Ukrayna ssenarisi üzrə inkişaf edə bilər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Stratfor” qlobal məlumat şirkəti yayıb. Şirkət Rusiyanın bu dəfə qərbyönlü hökumətin devrilməsinə çalışacağını bildirib:

“Moldovada siyasi narazılıq təkcə paytaxta aid deyil. Bura Qaqauz eli, Dnestryanı və Beltsi şəhəri də aiddir. Məhz bu bölgələr Rusiya ilə yaxınlaşmağa çalışırlar. Hazırda Kremlin bu bölgədə aktivliyi xeyli artıb. Moldova bundan sonra da Avropa üçün əsas strateji bölgələrdən biri olmaqda davam edəcək və Qərblə Rusiya arasında siyasi qarşıdurma dayanmayacaq”.

Qeyd edək ki, son günlər Moldovada müxalifət kütləvi mitinqlərə başlayıb. Müxalifət hakimiyyətin istefasını tələb edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru