“Qumarxanalar kralı” kimi tanınan azərbaycanlı tapıldı - TƏFƏRRÜAT

28-01-2016, 22:24           
“Qumarxanalar kralı” kimi tanınan azərbaycanlı tapıldı - TƏFƏRRÜAT
Ötən il dekabrın 18-də Rusiyanın Tolyatti şəhərində oğurlanmış azərbaycanlı biznesmen Kamal Quliyevlə bağlı yeni məlumat yayılıb.

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, bir aydan artıqdır ki, axtarılan biznesmen Penza vilayətində tapılıb.

Kamal Quliyevin onu girov saxlayan şəxslərdən qaça bildiyi və polis orqanlarına müraciət etdiyi aydınlaşıb.

Məlumata görə, biznemseni girovluqda saxlayan şəxslər elə əslən Azərbaycandan olan M.Qurbanov və Məmmədov soyadlı ata-oğuldur. Həmin şəxslər Saratov vilayətində saxlanılıblar.

Qeyd eədk ki, Tolyattidə daha çox qumarxana və kommersiya obyektlərinin sahibi kimi tanınan Kamal Quliyev 2015-ci il dekabrın 18-də şəhərdəki “Olimp” idman-sağlamlıq mərkəzinin yanından oğurlanmışdı. Sonradan biznesmenin ailəsinə zəng vuran cinayətkarlar onun azad olunması üçün 10 milyon avro pul tələb etmidilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru