İranın 100 milyard dollarlıq bank aktivləri geri qaytarıldı

1-02-2016, 19:38           
İranın 100 milyard dollarlıq bank aktivləri geri qaytarıldı
İranın 100 milyard dollarlıq bank aktivləri “nüvə razılaşması” əsasında sanksiyalardan azad olunub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İran hökumətinin rəsmisi Məhəmməd Bağır Nobaxta bu vəsaitlərin çox hissəsinin İran Milli Bankı və Milli İnkişaf Fonduna aid olduğunu deyib.
Nobaxtanın sözlərinə görə həmin vəsaitlər Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Türkiyə banklarında saxlanılır. İran hökuməti həmin vəsaitlərin bir hissəsini xaricdən mal almağa sərf edəcəklərini deyib.

İran ticarət palatasının sədri Möhsün Cəlalpur isə ölkə biznesmenlərinin xarici ölkələrdə akkreditasiyadan keçmək şansı qazandıqlarını deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru