Dünyanın ən yaxşı aşpazı özünü güllələdi - FOTOLAR

1-02-2016, 23:07           
Dünyanın ən yaxşı aşpazı özünü güllələdi - FOTOLAR
Dünyanın ən yaxşı aşbazı Benoit Violier intihar edib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, İsveçrədə “Hotel de Ville” restoranına rəhbərlik edən 44 yaşlı aşbaz özünü güllələyib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Benoitin cəsədi Lozanna yaxınlığındakı Krisye şəhərində yerləşən şəxsi evində aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, əslən fransız olan Violier Krisyedəki “Hotel de Ville” restoranının baş aşbazı olub. Ötən il bu restoran fransız ekspertlərinin tərtib etdiyi və dünyanın ən yaxşı 1000 restoranının daxil olduğu “La Liste” reytinqində birinci yer tutub.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru