Gürcüstanda böyük həcmdə qaz tapıldı

3-02-2016, 20:08           
Gürcüstanda böyük həcmdə qaz tapıldı
Cənubi Kaxetiyada (Gürcüstan) 5,3 trilyon kubmetr təbii qaz aşkar edilib, bu "Qazprom"un ehtiyatlarının 15 faizinə bərabərdir.

Oxu.az RNS-ə istinadən xəbər verir ki, bu barədə amerikanın Frontera Resources şirkətinin rəhbəri Stiv Nikandros bəyan edib.

Onun sözlərinə görə, bu qaz bazarda 10 il müddətində satılacaq və qaz tədarükünün qaydalarını dəyişəcək. Yaxın beş il ərzində şirkət yanacaq ixracına başlamağa hazırlaşır. Bu yanacağın Türkiyə və Şəqri Avropa ölkələri tərəfindən alınacağı ehtimal edilir.

2015-ci ildə amerikanın Frontera Resources şirkəti yatağın ehtiyatlarını 3,8 trilyon kubmetr həcmində dəyərləndirirdi. Frontera Resources - Amerikanın karbohidratların kəşfiyyatı və hasilatı ilə məşğul olan neft-qaz şirkətidir.

Gürcüstanda bu şirkət 2014-cü ilin aprelində işə başlayıb. Hazırda Gürcüstan qazı Azərbaycandan idxal edir və Ermənistana Rusiya qazının tranzitinə görə, 10% qaz alır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru