Suriyada iranlı general öldürülüb

4-02-2016, 09:21           

Suriyada İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Muhsin Kacariyan öldürülüb.

APA-nın “Milliyət”-ə istinadən verdiyi xəbərə görə, M. Kacariyan İranın Nişapur şəhəri üzrə İmam Rza adına 1-ci briqada komandanı olub.

Qeyd olunur ki, Bəşər Əsəd rejimin fəal şəkildə dəstəkləyən İran bu günə qədər Suriyada gedən döyüşlərdə, yüksək rütbəli zabitlər daxil olmaqla, yüzlərlə hərbçisini itirib.

Xatırladaq ki, ötən ilin oktyabrında Suriyada İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Reza Həvari, dekabrında isə Korpusun digər generalı Hüseyn Fədai həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru