30 metrlik asteroid Yerə yaxınlaşır - Xəbərdarlıq

4-02-2016, 13:13           

NASA Yür kürəsinə yaxınlaşan daha bir asteroid barədə məlumat yayıb.

Aznews.az Amerika kosmik agentliyinin saytına istinadən xəbər verir ki, +2013 TX68 asteroidi 30 metrdir və Yerə martın 5-də yaxınlaşacaq.

Məlumata görə, asteroid 2013-cü ilin martında Rusiya Federasiyasının Çelyabinsk vilayəti üzərində partlayan meteoritlə eyni xüsusiyyətlərə malikdir. Martın 5-də +2013 TX68 asteroidi Yer kürəsinə 17 min kilometr məsafədə yaxınlaşacaq. O, planetin yaxınlığından bir də 2017-ci ilin sentyabrında keçəcək. Asteroid 2046 və 2097-ci illərdə də Yer kürəsinə yaxınlaşacaq, amma o zaman onun orbiti planetdən kifayət qədər aralı olacaq.

Xatırladaq ki, Çelyabinsk meteoriti 2013-cü il fevralın 15-də Ural üzərindən keçərək Çebarkul gölünə düşüb. Onun diametrinin 17 metr olduğu ehtimal edilir. Atmosferdəki partlayış və meteorit yağışı nəticəsində 1500-dən çox insan xəsarət alıb. Yaralıların əksəriyyəti şüşələrin sınması nəticəsində xəsarət alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru