“S&P” SOCAR-ın reytinqini aşağı saldı

5-02-2016, 01:23           
“S&P” SOCAR-ın reytinqini aşağı saldı
“Standard&Poor's” (“S&P”) beynəlxalq reytinq agentliyi SOCAR-ın uzunmüddətli kredit reytinqini “BB+” səviyyəsindən “BB”-dək endirib.

Bu barədə reytinq agentliyinin yaydığı məlumatda bildirilir.

Reytinq üzrə proqnoz “stabil” olaraq qalır.

Agentliyin proqnozuna əsasən, neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar SOCAR-ın borclanması müəyyən qədər artacaq.

Bununla yanaşı, agentliyin analitikləri bildirirlər ki, SOCAR kapital xərclərini azaltmaqla müsbət yöndə idarəolunan pul axınını həyata keçirə bilər.

Məlumatda həmçinin qeyd edilib ki, hökumət dövlət şirkətinə dəstək verməkdə davam edəcək.(APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru