“Ərdoğan üzr istəməli, günahkarları cəzalandırmalı və Suriya siyasətinə yenidən baxmalıdır” - Narışkin

5-02-2016, 22:55           
“Ərdoğan üzr istəməli, günahkarları cəzalandırmalı və Suriya siyasətinə yenidən baxmalıdır” - Narışkin
“Rusiya-Türkiyə münasibətləri mürəkkəb dönəmini yaşayır. Lakin bütün vəziyyətlərdən hər zaman çıxış yolu var”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin deyib.

S. Narışkin bildirib ki, Türkiyə tərəfi prezident Rəcəb Tayyip Ərdoğanın simasında səmimi şəkildə üzr istəməli, “Su-24” təyyarəsinin vurulmasında günahı olanları cəzalandırmalı və Suriya siyasətinə yenidən baxmalıdır: “İndi bütün dünyaya aydındır ki, Türkiyə tərəfi İŞİD terror təşkilatına təəssüf ki, kömək edib, onlardan neft alaraq terrorçu qrupa dəstək verib. Bu əlbəttə ki, sivil dövlət davranışı ilə bir araya sığmır”.

Qeyd edək ki, Rusiya rəhbərliyi Türkiyə ilə münasibətlərin bərpası üçün daha əvvəl də analoji şərtlər irəli sürmüşdü. Türkiyə rəhbərliyi bu şərtləri rədd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru