ABŞ-da lotereyada 63 milyon dollar udan şəxs axtarılır

6-02-2016, 10:44           
ABŞ-da lotereyada 63 milyon dollar udan şəxs axtarılır
ABŞ-ın Kaliforniya ştatında keçirilən "SuperLottoPlus" lotereya oyununun təşkilatçıları 63 milyon dollar məbləğində uduş əldə etmək hüququ verən xoşbəxt biletin sahibini axtarmağa başlayıblar.

"Report" xəbər verir ki, son gözləmə müddəti cümə günü ABŞ-ın Sakit okean sahili vaxtı ilə 17:00-da (Bakı vaxtı ilə 6 fevral 05:00-da) başa çatıb.

Təşkilatçılar müstəsna olaraq növbəti həftənin də başa çatmasını gözləməyə hazırdırlar.
"Biz yenə də ərizələri nəzərdən keçiririk. Güman edirəm ki, bu proses gələn həftə də davam edəcək", - deyə "SuperLottoPlus" nümayəndəsi Aleks Traverso bildirib.

Əgər qalib tapılmasa ştat tarixində rekord olan 63 mln. dollar uduş Kaliforniya məktəblərinin ehtiyaclarının ödənməsinə sərf olunacaq.

Xoşbəxt bilet avqustun 8-də Los-Ancelesdə satılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru