Kosmosdan düşən meteorit insan öldürdü - ilk dəfə

8-02-2016, 23:49           
Kosmosdan düşən meteorit insan öldürdü - ilk dəfə
İnsanın meteorit düşməsindən öldüyü ilk təsdiqlənmiş fakt Hindistanda qeydə alınıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Hindistanın Tamilpandu ştatının Vellor rayonunda baş verib. Meteoritin insan öldürdüyünü ştatın baş naziri Cayaram Cayalalitha da təsdiqləyib.
“Faciə ötən gün baş verib, meteorit Vellor rayonundakı özəl mühəndis kollecinin həyətinə düşüb”.
Fəzadan gələn cismin yerə çırpılması nəticəsində güclü partlayış baş verib, yaxınlıqdakı evlərin və kollecin pəncərələri sınıb, ərazidə dərin krater yaranıb.
Həlak olan şəxsin sürücü olduğu və ərazidən təsadüfən keçdiyi aydınlaşıb. Mühəndislik kollecinin 3 bağbanı isə xəsarət alıb.
Tarixdə meteoritin canlı öldürməsi faktı yalnız bir dəfə qeydə alınmışdı. 1972-ci il oktybarın 15-də Venesuelada meteorit inəyi öldürmüşdü.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru