Suriya müxalifləri Haləbin şimalında Azez mahalının 6 kilometrliyindəki Minniğ Hərbi Aerodromunu PKK-nın Suriya qolu PYD-dən geri alıb.
Avropa.info Türkyə mətbuatına istinadən xəbər verir ki, hazırda bölgəni Rusiya təyyarələri bombalayır.
Qeyd edək ki, dünən gecə saatlarında 2013-ci ildən müxaliflərin əlindəki Minniğ aerodromu Rusiyanın hava dəstəyi ilə PKK-nın Suriya qolu PYD-nin əlinə keçmişdi.