Diktator baş qərargah rəisini edam etdirdi

11-02-2016, 02:55           
Diktator baş qərargah rəisini edam etdirdi
Şimali Koreya diktatoru Kim Çen İn növbəti dəfə beynəlxalq ictimaiyyəti təəccübləndirən hərəkəti ilə gündəmə gəlib. Şimali Koreya Xalq Ordusunun Baş Qərargah rəisi, general Ri Yonq-gil edam edilib.

Cebhe.info xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi Cənubi Koreya Respublikasının Yonhap informasiya agentliyinə istinadən məlumat yayıb.

Adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, baş qərərgah rəisi rüşvət almaqda və şəxsi maraqlarını güdməkdə ittiham edilərək ölüm cəzasına layiq görülüb. Onun barəsində edam hökmü ötən həftə icra edilib.

General Rinin fevralın 7-də uzaqmənzilli raketin sınaqdan keçirilməsi tədbirində iştirak etməməsi də onun barəsində deyilənləri təsdiq edir.

Rəsmi dövlət orqanı olan “Rodonq Sinmun” qəzeti sınaq tədbirinə qatılan dövlət nümayəndələri arasında baş qərərgah rəisinin yerinə təhlükəsizlik naziri Ri-Myounq Sunun adını dərc edib.

Qeyd edək ki, Ri Yong gil 2013-cü ildən baş qərargah rəisi vəzifəsinə təyin olunmuşdu. O, bir qayda olaraq, dövlət başçısı Kim Çen İnı müşayiət edən şəxs olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru