"Rahat olun, sizin pulları İran özündə saxlamayacaq" - İranlı nazir müavini

12-02-2016, 17:38           
"Rahat olun, sizin pulları İran özündə saxlamayacaq" - İranlı nazir müavini
“Tehran Beynəlxalq Arbitraj Məhkəməsinin İranla aralarında olan çoxillik qaz münaqişəsi ilə bağlı çıxardığı qərarı yerinə yetirməyə razıdır”.

Avropa.info xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə İranın xarici işlər nazirinin müavini İbrahim Rahimpur bildirib.

O, deyib ki, beynəlxalq məhkəmənin qərarına əsasən İran ya daha çox qaz tədarük etməli, ya da kompensasiya ödəməlidir.

“Rahat olun, sizin pulları İran özündə saxlamayacaq. Problem yaxın gələcəkdə həll olunacaq” – Ankarada səfərdə olan iranlı nazir müavini belə deyib.

Qərardan sonra məhkəmə problemin həlli yollarını Türkiyə və İranın öhdəsinə buraxıb. İbrahim Rahimpur bildirib ki, böyük ehtimalla İranın neft naziri Bijen Namdar Zengene tezliklə Türkiyəyə səfər edəcək və problemin həlli yollarını müzakirə edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru