Başına 10 milyon qoyulan terrorçunun yeni - Fotoları

12-02-2016, 18:45           

İŞİD terror qruplaşmasının lideri Əbubəkr Bağdadinin yeni fotoları yayılıb.

Axar.az İngiltərənin “İndependent” qəzetinə istinadən xəbər verir ki, fotonun İraqın Fəlluca şəhərindəki məscidlərdən birində çəkildiyi güman edilir.

Fotolarda İŞİD lideri azyaşlı uşaqların da olduğu bir qrupla söhbət edir.

Başqa versiyaya görə, fotolarda təsvir olunan şəxs Bağdadi yox, oxşarıdır.

Qeyd edək ki, Bağdadi nadir hallarda ictimaiyyət arasında görünür və bir neçə səs yazısı onun həyatda olduğunu göstərir. Onlardan sonuncusu isə ötən ilin dekabrında yayımlanıb.

Bağdadi hazırda ən çox axtarılan terrorçular siyahısında birincidir. ABŞ onun başına 10 milyon dollar mükafat qoyub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru