Liviya sahillərində 1,7 mln litr qaçaqmal yanacaq daşıyan tanker saxlanılıb, heyət üzvləri arasında Azərbaycan vətəndaşları var

14-02-2016, 10:44           

Liviyanın sahil mühafizə qüvvələri 1,7 mln litr qaçaqmal dizel yanacağı daşıyan “Captain Khayyam” tankeri saxlanılıb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, saxlanılan tanker Liviya paytaxtı Tripolidəki dəniz bazasına gətirilib.

“Sahil mühafizə qüvvələri ərazidə patrul xidməti çəkərkən göyərtəsində 1,66 mln litr dizel yanacağı olan tanker saxlayıb”, deyə Liviya sahil mühafizə qüvvələrinin nümayəndəsi Əbu Acil bildirib.

O həmçinin əlavə edib ki, saxlanılan 12 nəfərdən ibarət heyət üzvləri arasında Türkiyə, Azərbaycan və Ukrayna vətəndaşları var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru