Prezident: "Cənab Putin, bu sizin işğalınızdır"

14-02-2016, 10:48           

Cənab Putin, bu vətəndaş müharibəsi deyil, sizin işğalınızdır.

Axar.az bu sözləri Münhen Təhlükəsizlik Konfransında Rusiya Baş naziri Dmitri Medvedyevin Ukraynada vətəndaş müharibəsinin getdiyi barədə açıqlamasına münasibət bildirərkən Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.

"Krımı sizin əsgərlər işğal etdilər, həmçinin Suriyada dinc əhalini bombalayırsınız. Bunlar vətəndaş müharibəsi deyil. Biz Rusiya ilə sanki müxtəlif paralel reallıqlara malik dünyada yaşayırıq. Rusiya hər gün bu sərhədlər üçün təhlükədir. Rusiyanın əsgəri, hərbi silahı, texnikası hər gün Ukraynaya gedir. Bundan əlavə, bütün xarici qoşunları çıxarmaq lazımdır", - Poroşenko qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru