Rusiyadan son həmlə: Casus təyyarəsi Suriyada

17-02-2016, 00:50           

Rusiya Suriyanın Latakiya şəhərindəki Hmeymim hərbi bazasına son model TU-214R casus təyyarəsi yerləşdirib.

Axar.az xəbər verir ki, bu barədə “Aviationist” adlı aviasiya saytı məlumat yayıb.

Sözügedən təyyarə Tatarıstanın paytaxtı Kazan şəhərindən havaya qalxaraq Xəzər dənizi, İran və İraq üzərindən Suriyaya daxil olub.

Bildirilib ki, TU-214R casus təyyarəsindən Rusiyada sadəcə 2 ədəd mövcuddur. Onlardan biri 2009-cu ildə Rusiya Hərbi Hava Qüvvələrinə verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru