Qafqazda ilk qadın müdafiə naziri

2-05-2015, 22:36           
Qafqazda ilk qadın müdafiə naziri
Gürcüstanda yeni müdafiə naziri Tinatin Xidaşeli təyin olunub. Bununla da Gürcüstanda Müdafiə Nazirliyinə ilk dəfə qadın başçılıq edəcək.

Onun bu təyinatı ölkə mətbuatında və ictimaiyyətdə geniş rezonans doğurub.

Tinatin Xidaşeli Gürcüstan parlamentinin indiki sədri David Usupaşvilinin xanımıdır. Onlar Gürcüstanın Respublika Partiyasının üzvləridir. T.Xidaşeli bir sıra qeyri-hökumət təşkilatının, o cümıədən Gənc Hüquqşünaslar Assosiasiyasının yaradıcılarından sayılır.

Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yeni kabinetinin tərkibində olacaq namizədləri təqdim edib. Deputat Qiqlu Aqulaşviliyə Ətraf mühitin müdafiəsi və təbii ehtiyatlar, deputat, keçmiş biznesmen və idmançı Tariyel Xiçikaşviliyə isə İdman və gənclər naziri vəzifəsinə təsdiqlənib. (Ans)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]