4 ildən sonra Çinin əhalisi bu qədər olacaq- ŞOK

6-03-2016, 00:59           

Çin hökuməti 2020-ci ildə əhalinin gözlənilən sayı haqda proqnozlarını verib.

teref.az Ölkə.az-a istinadən xəbər verir ki, Çin Xalq Respublikasının dövlət şurasının rəhbəri Li Keçyan 13-cü beşilliyin (2016-2020) planında ölkə əhalisinin sayının 1,42 milyard nəfər göstərildiyini bildirilib.

Bu haqda hesabatla çıxış edən Keçyan bildirib ki, hökumət əhali artımının məhdudlaşdırılması siyasətini davam etdirəcək. Onun sözlərinə görə, artıq çinli ailələr iki uşaq doğa biləcəklər.

Xatırladırıq ki, əvvəllər Çində hər ailəyə bir uşaq dünyaya gətirməyə icazə verilirdi. Sonradan ölkə əhalisinin sürətlə qocalmağa başlamasından sonra bu norma artırılaraq iki uşağa qədər yüksəldildi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru