ABŞ gündəlik neft hasilatını azaldır

9-03-2016, 21:26           

ABŞ-ın gündəlik neft hasilatını aprel ayında 106 min barel azaldacağı proqnozlaşdırılır.

Bu barədə ABŞ Energetika Nazirliyi bildirir. Əsas azalma Texasın "Eagle Ford" yataqlarında gözlənilir və sutkada 58 min barel təşkil edəcəyi ehtimal edilir. Bu yataqlarda hasilatın 1,177 mln barel/günə düşəcəyi bildirilib.
ABŞ Energetika Nazirliyinin məlumatına görə, ümumiyyətlə, ABŞ şist neft hasilatının aprel ayında azalması ilə hasilatın mart ayı ilə müqayisədə 106 min barel və ya 2,2% azalaraq 4,871 mln. barelə düşəcəyi proqnozlaşdırılıb.
Şimali Dakota ştatının "Bakken" yataqlarında isə azalma 28 min barel və ya 2,6% təşkil edərək 1,079 mln. barel/günə, "Niobrara" yataqlarında isə 15 min barel və ya 3,7% azalaraq 408 min barelə enəcəyi gözlənilir.

Qeyd edək ki, ABŞ Energetika Nazirliyi "Baker Hughes" neft-qaz sektoru xidmət şirkətinin aktiv neft yataqlarının sayına istinad edərək proqnozlarını həyata keçirir. ("Report")












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru