Cümə günü bu ölkədə hökumət devriləcək

10-03-2016, 01:20           

Muktəda Sədr və tərəfdarları cümə günü Bağdadda Yaşıl bölgəyə hücum edib, Abadi hökumətini devirəcək.

Axar.az xəbər verir ki, bu sözləri İraq parlamentinin kürd deputatı Hakim Sərxan Silvani deyib.

“Vəziyyət getdikcə pisləşir. İraqın Baş naziri Heydər Abadi illər ərzində islahatlar həyata keçirmədi. Bu qısa zaman ərzində əsaslı islahatlar necə baş tutacaq?” - Silvani vurğulayıb.

Silvani Muktəda Sədr və tərəfdarlarının cümə günü təşkil edəcəyi mitinq zamanı Abadini devirib, yeni hökumət quracaqlarını bildirib.

Qeyd edək ki, Muktəda Sədr İraqda xüsusi nüfuza malik şiə təriqətli Mehdi Ordusu adlı qrupun lideridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru