İŞİD üçün böyük itki:Təşkilatın baş hərbi kimyəgəri yaxalandı

10-03-2016, 01:36           

İŞİD-ın kimyəvi silah qurumunun rəhbəri ələ keçirilib.

Strateq.az-ın məlumatına görə, xəbəri İraqın əks-kəşfiyyat orqanının bir yetkilisi bildirib. Məlumatda qeyd olunur ki, İŞİD hərbi qüvvələrinin bu mühüm adamını ABŞ-ın xüsusi xidmət əməkdaşları Tel-Afərin rayonu yaxınlığında yaxalayıblar.

Tutulan şəxsin 50 yaşlarında Süleyman Davud əl-Afar olduğu bildirilir. O, Səddam Hüseyn hakimiyyəti dövründə ölkənin kimyəvi və bioloji silah istehsal edən müəssisələrində işləyirmiş.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru