Britaniyanı qarışdıran iddia: Kraliça II Yelizaveta…

10-03-2016, 01:39           

İngiltərə kraliçası II Yelizaveta uzun müddət ölkənin AB-dən ayrılma planlarına dəstək verib və bu istəyini nazirlərə bildirib.

Axar.az xəbər verir ki, bu iddia ilə Britaniyanın nüfuzlu “San” (The Sun) qəzeti çıxış edib.

Nəşrin adı açıqlanmayan hökumət rəsmisindən aldığı məlumata görə, kraliça 2011-ci ildə Baş nazirin müavini Nik Kleqq və nazirlərlə Vindzor qəsrində nahar yeməyində görüşüb.

Daha əvvəl AB-nin bölünməsinə qarşı çıxan kraliçanın nahar zamanı “Brexit”i (İngiltərənin AB-dən ayrılma planı) dəstəkləyən çıxışı nazirləri çaş-baş salıb.

İttifaqın yanlış yolda olduğunu deyən kraliça qurumu sərt tənqid edib və Britaniyanın AB-də yeri olmadığını bildirib.

Bu görüşdən sonra kraliça və kral ailəsinin digər üzvləri dəfələrlə Bukingem sarayında təşkil edilən mərasimlərdə Avropa İttifaqının lazımsız olduğunu səsləndirib. Hətta bir dəfə mərasimlərin birində millət vəkilinin sualını cavablandıran kraliça əsəbi bir şəkildə “Avropanı anlamıram”, - deyib.

Qəzet 23 iyunda keçiriləcək referendumda siyasi açıqlamalardan qaçan kraliçanın nazirlər üzərində böyük təzyiqi olacağını qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru