Merkel: “Türkiyə ilə razılaşa bilməsək, batdıq” – VİDEO

10-03-2016, 16:49           
Merkel: “Türkiyə ilə razılaşa bilməsək, batdıq” – VİDEO
Almaniyanın kansleri Anqela Merkel dövlət radiosu MDR-ə müsahibə verib.
Ölkə.az xəbər verir ki, Merkel Suriya konflikti və onun nəticəsində başlamış miqrant axınından danışıb.
Merkel Suriyada hələlik sülhə nail olmağın mümkünsüzlüyü səbəbindən Avropa ölkələrini miqrant axınının hələ uzun müddət təhdid edəcəyindən danışıb.
“Birtərəfli qərarlar qəbul edərək bu problemi həll etmək mümkün deyil. Əgər qaçqın axınının qarşısını almaq üçün Türkiyə ilə razılaşa bilməsək, Yunanıstan bu ağır yükün altından təkbaşına çıxa bilməz və Yaxın Şərqdən milyonlarla insan Avropanı tapdalayar”, deyə Merkel Avropa ölkələrinə bu məsələdə Türkiyənin rolunun vacibliyini bir daha xatırladıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru