Bu oğrular polisi belə şoka saldılar (FOTO)

5-05-2015, 17:19           

Heyvan qaçaqmalçılarının etdikləri polisləri belə təəccübləndirib.

ANS PRESS-in məlumatına görə, İndoneziyada Surabaya şəhərindəki Tanjung Perak Limanında heyvan qaçaqmalçılarına qarşı əməliyyat keçirilib. Yoxlama zamanı burada həm təəccüblü, həm də ürək ağrıdan görüntülər ortaya çıxıb.

Axtarışlar zamanı məlum olub ki, qaçaqmalçılar boş su şüşələrinin içərisinə nadir quşları yerləşdiriblər. Onlar bu üsulla 24 ədəd kakadu tutuquşusu ölkədən çıxararaq satmaq niyyətində olublar.

Tutuquşuların dar su şüşələrində sıxışdırılmış vəziyyəti isə qeyri-qanuni yolla ticarət edənlərin qəddarlığını bir daha sübut edib.
Polislər belə gördükləri mənzərə qarşısında təccüblərini gizlədə bilməyiblər.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]