12 milyon insanın ölüm səbəbi AÇIQLANDI

19-03-2016, 21:22           
12 milyon insanın ölüm səbəbi AÇIQLANDI
Ümumdünya Səhiyyə Təşkilatı 2012-ci ildə 12.6 milyon nəfərin ətraf mühitin çirklənməsi ilə əlaqədar olaraq öldüyünü açıqlayıb.
Təşkilatın yaydığı açıqlamada bundan ən çox zərərin Cənubi-Qərbi Asiya ölkələrinə dəydiyi vurğulanıb.
ÜST-nın rəhbəri Margaret Çan bildirib ki, əgər insanların sağlam ətraf mühitdə yaşaması üçün işlərə başlanmasa milyonlarla insan xəstə olmağa və daha tez ölməyə məhkumdur. Hesabatda o da vurğulanıb ki, yoxsulluq, urbanizasiya də ölümlərin artmasının bir səbəbidir. Çünki urbanizasiya hava çirkliliyini də artırır.
Hesabatda hava keyfiyyəti probleminin əsasən orta və aşağı sinif şəhərlərdə müşahidə edildiyi qeyd olunub. Çin, Hindistan, Cənubi-Qərbi Asiya ölkələri və Sakit okean bölgəsində sənayenin inkişafının hava çirkliliyini artırdığı vurğulanıb. Bu vəziyyətin isə xəstəlik və ölüm hallarına səbəb olur.(Publika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru