Rusiya Suriyaya əlavə qüvvələr göndərir — "Stratfor"dan şok iddia

21-03-2016, 11:31           

ABŞ-ın ən məşhur beyin mərkızlərindən biri, Mərkəzi Kəşfiyyat İdarəsinin analitik xidməti sayılan "Stratfor" sensasion məlumat yayıb.

Ölkə.az xəbər verir ki, "Stratfor"un analitikləri Rusiyanın Suriyadakı hərbi bazasına yeni qüvvələr və əlavə hərbi texnika gətirdiyi haqda kəşfiyyat məlumatlarına malik olduqlarını bildiriblər.

Məlumata görə, Rusiya Latakiyadakı hərbi bazasına əlavə canlı qüvvə və hərbi helikopterlər göndərib.

Xatırladırıq ki, mart ayının 14-də Rusiya prezidenti Vladimir Putin qəbul etdiyi qəfil qərarla aviasiya qrupunun Suriyadan çıxacağını elan etmişdi.

"Stratfor"un iddiasına hələlik Moskvadan rəsmi münasibət gəlməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru