Putin: “Savçenkonun azad edilməsi mümkündür”

25-03-2016, 09:15           
Putin: “Savçenkonun azad edilməsi mümkündür”
Rusiya prezidenti Vladimir Putin ABŞ dövlət katibi Con Kerri ilə danışıqlar zamanı bildirib ki, ukraynalı pilot Nadejda Savçenkonun məsələsi ilə müəyyən məqamda məşğul olmağın mümkünlüyünü bildirib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bunu Kerri Moskvada danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

“Qaldırdığım məsələlərdən biri olduqca mühümdür – bu Nadejda Savçenko ilə bağlı məsələdir. Bəli, mən bu məsələni qaldırdım. Biz bunu dəfələrlə etmişik və biz bu məsələni prezidentlə müzakirə etdik”, - deyə Kerri bildirib.
Dövlət katibinin sözlərinə görə, Putinonun suallarına cavab verib və bildirib ki, bu məsələ ilə “müəyyən məqamda” məşğul olmaq mümkündür.

Qeyd edək ki, ukraynalı pilot Nadejda Savçenko Rusiyada 22 il müddətinə azadlıqdan məhrum edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru