Ukrayna baş prokurorluğu Putinin 1 nömrəli adamına cinayət işi açdı

7-05-2015, 21:51           
Ukrayna baş prokurorluğu Putinin 1 nömrəli adamına cinayət işi açdı
Ukrayna təhlükəsizlik orqanları Putinin köməkçisini terrorçuluqda ittiham edən istintaq materiallarını Baş Prokurorluğa təqdim edib.

Avropa.info xəbər verir ki, bu haqda Ukrayna Təhlükəsizlik Xidməti İdarəsinin başçısı Valentin Nalivayçenko bu açıqlamanı verib.

Kremlin “boz kardinal”ı sayılan Vladislav Surkov və onun köməkçisi İnal Ardzinbu terrorizmdə, konstitusion quruluşun devrilməsində çağırışda, qətllərin planlaşdırmaqda ittiham olunur. Surkov keçən ilin fevralında Maydanda güllənənən dinc nümayişçilərin qətlində da şübhəli bilinir.

Ukrayna tərəfin Putinin adamının snayper qrupuna rəhbərlik etdiyini iddia edir.

Rusiya hakim dairələri Vladislav Surkova qarşı sürülən ittihamları “əsl cəfəngiyat” adlandırıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]