İrəvandakı partlayışın detalları bəlli oldu

26-04-2016, 16:58           

Dünən gecə İrəvanda marşrut avtobusunda baş vermiş partlayışın bəzi detalları aydın olub.

Ölkə.Az erməni mediasına istinadən xəbər verir ki, hadisə yerindən tapılmış telefon kartının köməyi ilə hadisəni törədənin şəxsiyyətini müəyyən etmək mümkün olub. Şübhəlinin cəsədi isə partlayışın gücündən tanınmaz hala düşüb.

Partlayışı törətməkdə şübhəli bilinən şəxsin evinə gələn polis isə oradan partlayıcı maddə ilə detonator aşkarlayıb. Həmin şəxsin əvvəllər məhkum olunmuş erməni olduğu bildirilir. Hadisə ətrafında araşdırma hələ başa çatmadığından onun adı və soyadı açıqlanmır.

Xatırladırıq ki, partlayış zamanı iki nəfər ölmüş, bir neçə nəfər isə yaralanmışdı.

İrəvandakı partlayışın detalları bəlli oldu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru