Avstraliyada nadir bənövşəyi brilyant tapılıb

3-05-2016, 22:25           
Avstraliyada nadir bənövşəyi brilyant tapılıb
Avstraliyanın qərbində Arqayl şaxtasında nadir bənövşəyi brilyant tapılıb. Ekspertlərin rəyinə görə, brilyantın auksion qiyməti dörd milyon dolları keçə bilər.

Musavat.com xəbər verir ki, çəkisi 2.83 karat olan “Bənövşəyi Arqayl” kimi tanınan brilyant, “Arqayle pink diamonds” şirkətinin bu il keçirilən hərracında diqqət mərkəzində olacaq. Brilyantın dəqiq qiyməti hələ müəyyən olunmayıb.

Xəbər verilir ki, alıcılar bir karat üçün bir milyon dollardan iki milyon dollara qədər verməyə hazır olacaqlar. Şaxta 32 il müddətində hərraca cəmi 12 karat bənövşəyi brilyant çıxara bilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru