Dağıstanda atışma: 3 silahlı öldürüldü

4-05-2016, 09:47           

Dağıstanın Qızılyurd rayonunda polis əməkdaşlarına avtomobildə hərəkətdə olarkən atəş açan üç naməlum şəxs məhv edilib.

APA-nın verdiyi xəbərə görə, bu barədə Dağıstan DİN-in mətbuat xidmətinin məlumatında bildirilir.

“Saat 21 radələrində “Qafqaz” federal avtomobil yolunun Qızılyurd rayonu Stalsk kəndi ərazisindən keçən hissəsində əməliyyat-axtarış tədbirləri keçirilən zaman “VAZ 2114” markalı avtomobildə olan naməlum şəxslər polis əməkdaşlarına atəş açıblar. Cavab atəşi ilə üç cinayətkar öldürülüb”, - deyə məlumatda bildirilir.

İnsident zamanı polis əməkdaşlarının xəsarət almadığı bildirilir. Hadisə yerində istintaq tədbirləri həyata keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru