Qazaxıstanda narazıların həbsi davam edir

21-05-2016, 15:25           
Qazaxıstanda narazıların həbsi davam edir
Qazaxıstanda mayın 21-də keçirilməli olan böyük etirazlara hazırlıqlar gedir. Bu ərəfədə qazax hökuməti mübahisəli torpaq qanunu ilə bağlı etiraz edən xeyli fəalı saxlayıb.

Fəallar və müxalif siyasətçilər dövlətə məxsus kənd təsərrüfatına yararlı torpaqların satılmasına və ya 25 illiyə əcnəbilərə icarəyə verilməsinə imkan yaradan qanuna etiraz edirlər. Etirazlar ərəfəsində ölkənin ən böyük şəhəri Almatıda, ən azı, daha 5 nəfər saxlanılıb. Saxlanılanlar zorakılıq və yanğın törətməyə hazırlıqda ittiham olunurlar. Onların ikisi mayın 20-də razılaşdırılmamış kütləvi aksiyaya hazırlaşdıqlarına görə 15 günlük həbs edilib.

Dövlət nəzarətində olan KİV-lər etirazların xaricdən «üçüncü qüvvə» tərəfindən hazırlandığını bildirirlər.

«Amnesty International» Qazaxıstan hakimiyyətini etirazlar ərəfəsində tutulan təxminən 30-dək fəalı sərbəst buraxmağa çağırıb. Təşkilat onların çoxunun, sadəcə, planlaşdırılan etiraz aksiyalarında iştirak edəcəklərini sosial şəbəkədə söylədikləri üçün saxlanıldıqlarını bildirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru