"Tehran birtərəfli dini siyasətini dəyişsə, İranla yeni səhifə açmağa hazırıq" — Səudiyyə Ərəbistanı

25-05-2016, 15:03           

"Əgər Tehran dini sahədə birtərəfli siyasətini dəyişsə, Səudiyyə Ərəbistanı İranla münasibətlərdə yeni səhifə açmağa maraqlıdır".

Səudiyyə Ərəbistanının xarici işlər naziri əl-Cübeyr Ər-Riyadda Körfəz ölkələrinin Əməkdaşlıq Şurasının xarici işlər nazirlərinin iclasında çıxışı zamanı belə bir fikir səsləndirib.

Bu barədə Ölkə.Az "Anadolu" agentliyinə istinadən məlumat verir.

Onun sözlərinə görə, Bəşər Əsəd rejimi İrandan kömək istəyib,Tehran isə şiə üsyançılara, xüsusən "Hizbullah" təşəkilatının üzvlərinə kömək edib, lakin uğur qazana bilməyib. Daha sonra onlar Rusiyadan kömək istəyiblər.

Əl Cübeyr bildirib ki, Bəşər Əsəd 400 min insanın ölümünə və 12 mln. Suriya vətəndaşının miqrasiyasına, ümumilikdə bütün Suriyanın çökməsinə səbəb olduğuna görə məsuliyyət daşıyır. "Əsədin gələcəyi yoxdur. O, ya siyasi proseslər ya da hərbi əməliyyatlar nəticəsində hakimiyyətdən gedəcək, bu qəti məsələdir",- deyə nazir vurğulayıb.

"Bəşər Əsədin hakimiyyətdən getməsi zaman məsələsidir. Səudiyyə Ərəbistanı Suriya xalqını tək buraxmayacaq",- deyə o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru