İmperiyanın sındıra bilmədiyi qadın: “Mənə pislik arzulayanlara təşəkkür edirəm, sizin acığınıza sağ qala bildim"

25-05-2016, 21:05           
İmperiyanın sındıra bilmədiyi qadın: “Mənə pislik arzulayanlara təşəkkür edirəm, sizin acığınıza sağ qala bildim"
“Mənə pislik arzulayanlara təşəkkür etmək istəyirəm. Çünki sizin acığınıza sağ qala bildim. Eyni ilə mənə yaxşılıq arzu edənlərə, minnətdaram, çünki sizə görə sağ qaldım. Biganə qalanlara da təşəkkür edirəm ki, mənə maneçilik törətmədiniz”.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu Borispol aeroportunda Nadejda Savçenko deyib.

O həmçinin Donbasda hərbi əməliyyatlar zamanı həlak olanların valideynlərindən üzrhaqlıq edib: “Onların övladları qayıtmadılar, mən isə sağ qaldım. Mən ölənləri qaytara bilmirəm, lakin bir daha həyatımı döyüş meydanında qoymağa hazıram. Əlimdən gələni edəcəyəm ki, məhbəsdə olan hər kəs azadlığa çıxsın”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru