"Rusiya Krımla bağlı heç bir danışığa getməyəcək" - Putin

28-05-2016, 14:22           
"Rusiya Krımla bağlı heç bir danışığa getməyəcək" - Putin
Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Pyotr Poroşenkonun Krım və Donbası geri qaytarmaq haqda səsləndirdiyi fikirlərə münasibət bildirib.

Axar.az xəbər verir ki, Putin keçirdiyi brifinq zamanı Donbasın qaytarılması şərtini açıqlayıb:

“Donbasın geri qaytarılması üçün Minsk sazişinin öhdəliklərinin yerinə yetirilməsi, Ukrayna konstitusiyasında dəyişikliklər edilməsi vacibdir”.

Krımın geri qaytarılması haqda danışarkən prezident bunun mümkün olmadığını deyib:

“Krım söhbəti çoxdan bağlanıb. Rusiya Krımla bağlı heç bir danışığa getməyəcək”.

Xatırladaq ki, Ali Radanın deputatı Nadejda Savçenkonun Ukraynaya geri qaytarılmasından sonra Prezident Poroşenko zamanla Krım və Donbasın da geri qaytaralacağını açıqlamışdı”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru